Layihə və tədbirlər

"Günümüzdə dizayn"

17/03/2024

TechTalks davam edir! 17 mart tarixində 7 saylı ASAN Xidmət mərkəzinin könüllüləri üçün Günümüzdə dizayn adlı seminar baş tutdu. Seminar IT Brains Academy-nin dizayn üzrə mütəxəssisi Səlmi Məhəramova tərəfindən həyata keçirildi. 2 saat müddətində müzakirəli formada davam edən seminarda 25 nəfər könüllü iştirak etmişdir. Səlmi xanım könüllülərə dizayn sahəsinin növlərindən, ölkəmizdə və dünyada dizayn sahəsinin əhəmiyyətindən, necə inkişaf etmək lazım olduğundan, karyera imkanları və bu sahədəki əməkhaqqından məlumat verdi. Sonda isə Səlmi xanım könüllülərə onlara maraqlı gələn sualları cavablandırdırdı.