Layihə və tədbirlər

Çox maaşlı iş yoxsa sağlam psixologiya?

13/05/2023

Uzman Psixoloq Gülnarə Muxtarovanın təqdimatı ilə 13 may tarixində “Çox maaşlı iş yoxsa sağlam psixologiya?” seminarı baş tutdu. Seminarda bir çox mövzular müzakirə edildi. İştirak edənlər psixologiyalarından və iş mühitlərindən nümunələr danışaraq öz fikirlərini bildirdilər. 🔻Seminarda bəhs edilən mövzular: - Kim daha zəngindir, çox maaş alan yoxsa sağlam psixologiyası olan? - İş seçiminə təsir edən faktorlar - İş seçimində ailənin / çevrənin rolu nədir? - Doğru iş seçimi üçün gəncin diqqət edəcəyi nöqtələr - Gənclərin psixososial stressinin səbəbləri