



KİBERTƏHLÜKƏSİZLİK (BLUE TEAM)
Mütləq təhlükəsizliyin heç vaxt mümkün olmadığı kiber dünyada mümkün pozuntuları aşkar etmək, məlumatlandırmaq və qarşısını almaq üçün qurumlar Təhlükəsizlik Əməliyyat Mərkəzi bölmələri (Blue Team dediyimiz) yaradaraq 7×24 monitorinq modelinə keçir və lazımi tədbirləri görə bilirlər. Mavi komanda "Blue Team" həm həqiqi hücumçulardan, həm də Red Team-dən müdafiə edən daxili təhlükəsizlik komandasıdır. Blue Team komandasının məqsədi texnoloji həllər və güclü proses idarəçiliyindən istifadə edərək kibertəhlükəsizlik insidentlərini aşkar etmək, təhlil etmək və onlara reaksiya verməkdir. Əsas gördüyü işlər aşağıdakılardır:
Kibertəhlükəsizlik əməliyyatları
İnsidentlərə cavab
Təhdid ovçuluğu
Rəqəmsal məhkəmə ekspertizası
Biz IT Brains Academy ailəsi olaraq sizə təlim nəticəsində;
🔹Kiber təhdidləri və bununla bağlı hansı tədbirləri görə biləcəyinizi anlamaq
🔹Təhlükəsizlik zəifliklərini müəyyən edərək və miqyaslandıraraq, risk analizləri ilə mümkün təhlükələrin qarşısını ala bilərsiniz
🔹Məşhur alətlər və üsullardan istifadə edərək təşkilatınızın təhlükəsizliyini təmin etmək üçün hansı strategiyaları inkişaf etdirə bilərsiniz
🔹Siz yoluxmuş sistemlərdə zərərləri aşkar etmək üçün zərərli proqram təminatının təhlilini apara bilərsiniz
🔹Qurumunuzun kibertəhlükəsizliyini pozan təcavüzkarların izlərini izləyərək kiberhücumların qarşısını ala biləcəyinizi tədris edəcəyik.