UX/UI dizayn

Müraciət et

UX/UI dizayner kimdir?

UX/UI dizayner istifadəçi mərkəzli və vizual olaraq cəlbedici rəqəmsal təcrübələr yaratmaqda ixtisaslaşan təcrübəli peşəkardır. Bu dizaynerlər rəqəmsal interfeyslərin həm funksional, həm də estetik aspektlərinə diqqət yetirərək istifadəçilərin vebsayt, proqram və digər rəqəmsal məhsullarla qüsursuz, intuitiv və xoş qarşılıqlı əlaqəyə malik olmasını təmin edirlər.
Kursun müddəti : 8 ay
Dərs sayı : 64 dərs
Dərsin müddəti : 2 - 2,5 saat

Tədris saatları

Günorta qrupları : 16:00
Axşam qrupları : 19:00

İşləyənlər üçün şənbə və bazar qrupları mövcuddur.

Kursun müddəti və tədris saatları

Mentor dəstəyi

Bir mövzu öyrənərkən bəzən nəzəriyyə bilmək kifayət etmir və mütləq öyrəndiyin nəzəriyyəni praktik formada tətbiq etmək lazım olur. Ona görə də biz tədris sahələrimiz üzrə mentorlar təyin edirik. Mentorlarımız tələbələrimizin dərslərinə dəstək olur, onların tapşırıqlarının yerinə yetirilməsində, yoxlanılmasında daim kömək edir və tələbələrimizdə yaranan sualları cavablandıraraq aradan qaldırır. Günümüzdə mentorlu təhsil çox önəm kəsb edir ki, burada artıq bir tələbə ilə iki müəllim çalışmış olur və bu da onların inkişafında mühüm rol oynayır.

Tətbiqlərin UX təhlili

Veb saytların UI hazırlanması

İnformasiya arxitekturası

İnterfeys dizayn

Vizual dizayn

İstifadəçi araşdırması

Tədris proqramı

Final layihə və beynəlxalq sertifikasiya

Tədris müddətini uğurla bitirən tələbələri diplomla təltif edirik. Diplomlar iki cür olur: dərəcəli (gümüş dərəcəli və qızıl dərəcəli) və dərəcəsiz diplom. Diplom əldə etmək üçün tələbələr tədrisin sonunda final layihə təqdim edir və ya imtahan verərək nəticəyə uyğun olaraq mükafatlandırırlar. Eləcə də, biz sizi Microsoft, Cisco, CompTIA, Adobe və s. kimi nəhəng şirkətlərin imtahanlarına hazırlaşdıraraq beynəlxalq sertifikatlı mütəxəssis olmağınıza dəstək oluruq.

Dərslərimizdən görüntülər