Kiber təhlükəsizlik

Müraciət et

Kiber təhlükəsizlik mütəxəssisi kimdir?

Kiber təhlükəsizlik mütəxəssisləri kompüter sistemləri, şəbəkələri və məlumatlarını müxtəlif formalarda kiber təhlükələrdən, hücumlardan və zəifliklərdən qoruyurlar. Bu şəxslər texnologiya, informasiya sistemləri və kiber cinayətkarlar tərəfindən istifadə olunan taktikaları dərindən başa düşürlər. Onlar rəqəmsal aktivlərin məxfilik, bütövlük və mövcudluğunun təmin olunmasında mühüm rol oynayırlar. Bizim müəllim heyəti və tədris planımız sizin karyeranızı quracaq, eləcə də bu sahədə müəssisələrin tələbatını ödəyəcək biliklər qazandıracaq.
Kursun müddəti : 8 ay
Dərs sayı : 64 dərs
Dərsin müddəti : 2 - 2,5 saat

Tədris saatları

Axşam qrupları : 19:00

İşləyənlər üçün şənbə və bazar qrupları mövcuddur.

Kursun müddəti və tədris saatları

Mentor dəstəyi

Bir mövzu öyrənərkən bəzən nəzəriyyə bilmək kifayət etmir və mütləq öyrəndiyin nəzəriyyəni praktik formada tətbiq etmək lazım olur. Ona görə də biz tədris sahələrimiz üzrə mentorlar təyin edirik. Mentorlarımız tələbələrimizin dərslərinə dəstək olur, onların tapşırıqlarının yerinə yetirilməsində, yoxlanılmasında daim kömək edir və tələbələrimizdə yaranan sualları cavablandıraraq aradan qaldırır. Günümüzdə mentorlu təhsil çox önəm kəsb edir ki, burada artıq bir tələbə ilə iki müəllim çalışmış olur və bu da onların inkişafında mühüm rol oynayır.

IT təhlükəsizliyinin əsasları

Şəbəkə təhlükəsizliyi

Linux inzibatçılığı

Hücum təhlükəsizliyi

OWASP top 10

SQL injection

Sosial mühəndislik

Beynəlxalq sertifikasiya

Tədris proqramı

Final layihə və beynəlxalq sertifikasiya

Tədris müddətini uğurla bitirən tələbələri diplomla təltif edirik. Diplomlar iki cür olur: dərəcəli (gümüş dərəcəli və qızıl dərəcəli) və dərəcəsiz diplom. Diplom əldə etmək üçün tələbələr tədrisin sonunda final layihə təqdim edir və ya imtahan verərək nəticəyə uyğun olaraq mükafatlandırırlar. Eləcə də, biz sizi Microsoft, Cisco, CompTIA, Adobe və s. kimi nəhəng şirkətlərin imtahanlarına hazırlaşdıraraq beynəlxalq sertifikatlı mütəxəssis olmağınıza dəstək oluruq.

Dərslərimizdən görüntülər