Şəbəkə inzibatçılığı

Müraciət et

Şəbəkə inzibatçısı kimdir?

Şirkət və müəssisələrin şəbəkə infrastrukturunu quran, şəbəkə ilə işləyən qurğuların şəbəkəyə qoşulmasını və internetlə təmin edilməsini, şəbəkənin daim işlək vəziyyətdə olmasını və s. yerinə yetirən şəxsdir. Şəbəkə avadanlıqları ilə çalışaraq praktiki laboratoriyalarla işləyə, Packet tracer simulyatoru ilə topologiyalar qurub onları həyata keçirə biləcəksiniz. Bir çox şəbəkə protokolunu dərindən mənimsəyəcəksiniz. (ARP, STP, RARP, RSTP, DHCP, DNS, VTP, DTP, UDLD, CDP, LLDP, PAGP, SNMP və s.). VPN, Proxy server, File server kimi anlayışlar artıq sizə yad olmayacaq.
Kursun müddəti : 4 ay
Dərs sayı : 32 dərs
Dərsin müddəti : 1,5 - 2 saat

Tədris saatları

Günorta qrupları : 16:00
Axşam qrupları : 19:00

İşləyənlər üçün şənbə və bazar qrupları mövcuddur.

Kursun müddəti və tədris saatları

Mentor dəstəyi

Bir mövzu öyrənərkən bəzən nəzəriyyə bilmək kifayət etmir və mütləq öyrəndiyin nəzəriyyəni praktik formada tətbiq etmək lazım olur. Ona görə də biz tədris sahələrimiz üzrə mentorlar təyin edirik. Mentorlarımız tələbələrimizin dərslərinə dəstək olur, onların tapşırıqlarının yerinə yetirilməsində, yoxlanılmasında daim kömək edir və tələbələrimizdə yaranan sualları cavablandıraraq aradan qaldırır. Günümüzdə mentorlu təhsil çox önəm kəsb edir ki, burada artıq bir tələbə ilə iki müəllim çalışmış olur və bu da onların inkişafında mühüm rol oynayır.

Şəbəkə arxitekturası
Cisco Packet Tracert yükləmə
LAN, WAN
Switch
Subnet Mask
Verify IP parameters for Client OS(Windows, Mac OS, Linux)
Describe IPv6 adress types
Describe wireless security protocols(WPA, WPA2 AND WPA3)

Tədris proqramı

Final layihə və beynəlxalq sertifikasiya

Tədris müddətini uğurla bitirən tələbələri diplomla təltif edirik. Diplomlar iki cür olur: dərəcəli (gümüş dərəcəli və qızıl dərəcəli) və dərəcəsiz diplom. Diplom əldə etmək üçün tələbələr tədrisin sonunda final layihə təqdim edir və ya imtahan verərək nəticəyə uyğun olaraq mükafatlandırırlar. Eləcə də, biz sizi Microsoft, Cisco, CompTIA, Adobe və s. kimi nəhəng şirkətlərin imtahanlarına hazırlaşdıraraq beynəlxalq sertifikatlı mütəxəssis olmağınıza dəstək oluruq.

Dərslərimizdən görüntülər