Xəbərlər

İnformasiya texnologiyalarında yaranan trendlər və kiber təhlükəsizlik paylaşılıb Aytac Nəsibova tərəfindən

30/10/2023

Ötən günlərdə IT Brains Academy və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “İnformasiya texnologiyalarında aranan trendlər və kiber təhlükəsizlik” mövzusunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində seminar keçirilmişdir🎯 120 tələbənin qatıldığı seminar 2 saat davam etmişdir. Bu seminarda IT Brains Academy-nin təsisçisi və icraçı direktoru Orxan Məmmədov “IT sahəsi nədir və necə başlamalıyam?” , eləcə də təlimçi-ekspertlər Zamiq Əliyev “İnformasiya texnologiyalarında yaranan trendlər” və Azər Məlikov “Kiber Təhlükəsizlik” mövzusunda çıxış etmişdirlər. 📌Həmçinin bu seminarda ITB Tech tərəfdaş kimi iştirak etmişdir. Sonda iştirakçıların ünvanladıqları sualların cavablandırılması ilə seminar pozitiv notda yekunlaşmışdır.