Xəbərlər

"InnoFusion:Fueling Digital Success" təhsil təqaüd proqramının açılış mərasimi paylaşılıb Aytac Nəsibova tərəfindən

21/ 11/2023

“InnoFusion : Fueling Digital Success” təhsil təqaüd proqramı ikinci dəfə başlayır. Bununla bağlı olaraq 21 noyabr 2023 tarixində Azərbaycan Texniki Universitetində açılış mərasimi keçirildi. Təhsil Təqaüd Proqramının açılış mərasimində Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Gülnar Mirhuseynova, IT Brains Academy-nin rəhbəri Orxan Məmmədov və sahələr üzrə IT Brains Academy-nin dəyərli müəllimləri çıxış edərək iştirak edəcək gənclərə layihə haqqında məlumat vermiş və uğurlar diləmişdir. İnnovasiya və Rəqəmsal İnkişaf agentliyi , SABAH, Azərbaycan Texniki Universiteti, IT Brains Academy və Technest University-nin tərəfdaşlıq və dəstəyi ilə keçiriləcək “InnoFusion” təhsil təqaüd proqramının məqsədi SABAH qruplarında təhsil alan tələbələrə IT, proqramlaşdırma, Dizayn və Rəqəmsal marketinq sahələri üzrə yönəlmək üçün qısa müddətdə fundamental biliklər öyrətmək, gələcək karyeralarına hansı istiqamət üzrə irəliləmək istədiklərini, hansı sahədə daha uğurlu ola biləcəklərini təyin etməklərində onlara dəstək olmaqdır. Həmçinin bu layihə vasitəsilə tələbələr öz sosial əhatələrini genişlədə və özlərini müxtəlif istiqamətlərdə inkişaf etdirə bilərlər.