Xəbərlər

Global Technology Services ilə akademik əməkdaşlıq paylaşılıb Aytac Nəsibova tərəfindən

22/11/2023

IT Brains Academy və Global Technology Services arasında memorandum imzalandı! Memorandum IT Brains Academy-nin rəhbəri Orxan Məmmədov və Global Technology Services-in direktoru Rəşad Qafarzadə tərəfindən imzalandı. Memoranduma əsasən, tərəflər tələbələrin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası, xüsusilə də özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcək.