Xəbərlər

"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi ilə akademik əməkdaşlıq paylaşılıb Aytac Nəsibova tərəfindən

23/11/2023

IT Brains Academy və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi arasında memorandum imzalandı! Memorandum IT Brains Academy-nin rəhbəri Orxan Məmmədov və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi-nin sədri Leyla Zeynalova tərəfindən imzalandı. Memoranduma əsasən, tərəflər tələbələrin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası, xüsusilə də özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcək.