Rəqəmsal Marketinq/SMM

Müraciət et

Rəqəmsal marketinq mütəxəssisi kimdir?

Rəqəmsal marketinq mütəxəssisi rəqəmsal marketinq sahəsində qabaqcıl bilik, bacarıq və təcrübəyə malik olan peşəkardır. Bu şəxslər müxtəlif onlayn kanallar və platformalardan istifadə edərək məhsulları, xidmətləri və ya brendləri tanıtmaq üçün rəqəmsal marketinq strategiyaları və kampaniyalarını planlaşdırmaq, icra etmək və optimallaşdırmaqda yüksək bacarıqlıdırlar. Rəqəmsal marketinq mütəxəssisləri hədəf auditoriyaya çatmaq və onları cəlb etmək, trafik çəkmək və xüsusi marketinq məqsədlərinə nail olmaq üçün internet və texnologiyanın gücündən istifadə etməyi yaxşı bilirlər.
Kursun müddəti : 4 ay
Dərs sayı : 32 dərs
Dərsin müddəti : 1,5 - 2 saat

Tədris saatları

Axşam qrupları : 19:00

İşləyənlər üçün şənbə və bazar qrupları mövcuddur.

Kursun müddəti və tədris saatları

Mentor dəstəyi

Bir mövzu öyrənərkən bəzən nəzəriyyə bilmək kifayət etmir və mütləq öyrəndiyin nəzəriyyəni praktik formada tətbiq etmək lazım olur. Ona görə də biz tədris sahələrimiz üzrə mentorlar təyin edirik. Mentorlarımız tələbələrimizin dərslərinə dəstək olur, onların tapşırıqlarının yerinə yetirilməsində, yoxlanılmasında daim kömək edir və tələbələrimizdə yaranan sualları cavablandıraraq aradan qaldırır. Günümüzdə mentorlu təhsil çox önəm kəsb edir ki, burada artıq bir tələbə ilə iki müəllim çalışmış olur və bu da onların inkişafında mühüm rol oynayır.

SMM

SEM

SEO

Google ADS

Brend hədəflərin müəyyən olunması

Wordpress veb sayt yaradılması

Targeting

Kontent marketinq

Google ADS manager

Instagram ADS manager

Facebook ADS manager

Tədris proqramı

Final layihə və beynəlxalq sertifikasiya

Tədris müddətini uğurla bitirən tələbələri diplomla təltif edirik. Diplomlar iki cür olur: dərəcəli (gümüş dərəcəli və qızıl dərəcəli) və dərəcəsiz diplom. Diplom əldə etmək üçün tələbələr tədrisin sonunda final layihə təqdim edir və ya imtahan verərək nəticəyə uyğun olaraq mükafatlandırırlar. Eləcə də, biz sizi Microsoft, Cisco, CompTIA, Adobe və s. kimi nəhəng şirkətlərin imtahanlarına hazırlaşdıraraq beynəlxalq sertifikatlı mütəxəssis olmağınıza dəstək oluruq.

Dərslərimizdən görüntülər