Front-end

Müraciət et

Front-end proqramçı kimdir?

Günümüzdə rəqəmsal dünyanın qəhrəmanlarından olan Front-end proqramçılar tətbiqlərin istifadəçinin gördüyü hissəsini, yəni ön tərəfini hazırlayırlar. Burada müxtəlif texnologiyalardan html, css-dən istifadə edərək tətbiqlərin ön hissəsinin strukturunu, bölümlərini hazırlayaraq javascript və müxtəlif kitabxanalar vasitəsilə interaktiv veb səhifələr yaradırlar. Back-end proqramçıların dostu olan Front-end proqramçılar bir veb tətbiqin hazırlanmasında böyük rola sahibdirlər.
Kursun müddəti : 5 ay
Dərs sayı : 60 dərs
Dərsin müddəti : 1,5 - 2 saat

Tədris saatları

Səhər qrupları : 10:00
Günorta qrupları : 14:30 16:00
Axşam qrupları : 19:00

İşləyənlər üçün şənbə və bazar qrupları mövcuddur.

Kursun müddəti və tədris saatları

Mentor dəstəyi

Bir mövzu öyrənərkən bəzən nəzəriyyə bilmək kifayət etmir və mütləq öyrəndiyin nəzəriyyəni praktik formada tətbiq etmək lazım olur. Ona görə də biz tədris sahələrimiz üzrə mentorlar təyin edirik. Mentorlarımız tələbələrimizin dərslərinə dəstək olur, onların tapşırıqlarının yerinə yetirilməsində, yoxlanılmasında daim kömək edir və tələbələrimizdə yaranan sualları cavablandıraraq aradan qaldırır. Günümüzdə mentorlu təhsil çox önəm kəsb edir ki, burada artıq bir tələbə ilə iki müəllim çalışmış olur və bu da onların inkişafında mühüm rol oynayır.

HTML

CSS

SASS

Bootstrap

JavaScript

React Js

Redux

Tədris proqramı

Final layihə və beynəlxalq sertifikasiya

Tədris müddətini uğurla bitirən tələbələri diplomla təltif edirik. Diplomlar iki cür olur: dərəcəli (gümüş dərəcəli və qızıl dərəcəli) və dərəcəsiz diplom. Diplom əldə etmək üçün tələbələr tədrisin sonunda final layihə təqdim edir və ya imtahan verərək nəticəyə uyğun olaraq mükafatlandırırlar. Eləcə də, biz sizi Microsoft, Cisco, CompTIA, Adobe və s. kimi nəhəng şirkətlərin imtahanlarına hazırlaşdıraraq beynəlxalq sertifikatlı mütəxəssis olmağınıza dəstək oluruq.

Dərslərimizdən görüntülər