Bloqlara qayıt
23.09.2026 5 dəqiqə

UX/UI Dizayn - Sadəcə gözəl görünüş deyil

UX/UI Design

Bu gün istifadə etdiyimiz mobil tətbiqlərin və veb-saytların arxasında yalnız proqramlaşdırma deyil, düzgün düşünülmüş  UX/UI dizayn dayanır.

UX/UI dizaynın əsas məqsədi istifadəçi üçün həm rahat, həm funksional, həm də vizual baxımdan cəlbedici rəqəmsal məhsul yaratmaqdır.

UX (User Experience) istifadəçinin sayt və ya tətbiqdən istifadə edərkən yaşadığı təcrübəni əhatə edir. İstifadəçi axtardığını asanlıqla tapa bilirmi? Saytda rahat hərəkət edə bilirmi? Qarşısına çıxan addımlar onun üçün aydındırmı? UX dizayn məhz bu suallara cavab verir.

UI (User Interface) isə məhsulun vizual tərəfidir. Rənglər, şriftlər, düymələr, ikonlar, şəkillər və ümumi dizayn dili UI dizaynın bir hissəsidir.

UX/UI dizayner olmaq üçün yalnız Figma kimi proqramları bilmək kifayət deyil. İstifadəçi davranışını anlamaq, araşdırma aparmaq, düzgün struktur qurmaq və problemi dizayn vasitəsilə həll etməyi bacarmaq lazımdır.

Dərslər zamanı tələbələr yalnız nəzəri bilik əldə etmir, eyni zamanda real layihələr üzərində işləyərək wireframe, prototip, istifadəçi axını və interfeys dizaynı hazırlamağı öyrənirlər.

UX/UI dizayn yaradıcı düşüncəni və analitik yanaşmanı birləşdirən, rəqəmsal dünyada daim inkişaf edən sahələrdən biridir.