İşləyən tələbələrimiz

Təhsildən Karyeraya — Məzunlarımız ölkənin və dünyanın aparıcı şirkətlərində uğurla çalışır. Karyera dəstəyi proqramımız vasitəsilə hər tələbəyə fərdi yanaşırıq.

İlkin Hüseynov

İlkin Hüseynov

Kompüter Dərsləri

Kompüter dərsləri & Full Stack

“Ümumiyyətlə, IT Brains-də ən çox xoşuma gələn tərəf təkcə dərslərin keyfiyyəti yox, kollektivin münasibətidir. Burada özümü sadəcə tələbə kimi yox, bir komandanın üzvü kimi hiss edirəm. Orxan müəllimə və Sənan müəllimə həm əməklərinə, həm də yaratdıqları pozitiv və səmimi mühitə görə təşəkkür edirəm. Ümumiyyətlə, IT Brains ailəsinə təşəkkür edirəm. ❤️ Ümid edirəm ki, bu yolun sonunda “Java mənə nə etdi?” yox, “Mən Java-ya nə etdim?” deyəcəyəm. 😄💻”

Gülnar İsmayılova

Gülnar İsmayılova

Kompüter Dərsləri

Kompüter Dərsləri & Data Science

“Mən IT Brains Academy-də təhsil almağa Ofis Proqramları ilə başladım. İlk gündən həm müəllimlərdən, həm də işçi heyətindən çox razı qaldım. Hər biri öz işinə məsuliyyətlə yanaşır və tələbələrə qarşı çox diqqətlidirlər. ”

Fərid Yusifli

Fərid Yusifli

kompüter dərsləri

Kompüter Dərsləri

“IT Brains kompüter kursunu başa vurdum və imtahan verib sertifikatımı aldım. Kurs müddətində həm nəzəri, həm də praktiki olaraq çox faydalı biliklər əldə etdim. Müəllimin izahı, yanaşması və kursun ümumi təşkili məndə çox yaxşı təəssürat yaratdı. Mənə bu sahədə inkişaf etmək üçün yaxşı başlanğıc oldu. IT Brains-i kompüter sahəsində biliklərini artırmaq istəyənlərə tövsiyə edirəm.”

Afət Niftalızadə

Afət Niftalızadə

ofis proqramları

Ofis Proqramları

“Mən, IT Brains Academy kursunun məzunu Afət Niftalızadə, Microsoft Office proqramları üzrə 2 aylıq kursda iştirak etmişəm. Bu müddət ərzində həm biliklərimi artırdım, həm də proqramlardan daha düzgün və rahat istifadə etməyi öyrəndim. Müəllimimiz Orxan Məmmədov mövzuları sadə və aydın şəkildə izah edirdi. Eyni zamanda kursun səmimi mühiti də mənim üçün xoş oldu. Kursdan çox razı qaldım və IT Brains-i bu sahədə özünü inkişaf etdirmək istəyən hər kəsə tövsiyə edirəm.✨”